“Mançester Siti”nin və Portuqaliya millisinin hücumameyilli yarımmüdafiəçisi Bernardo Silva bu yaxınlarda bir mövsümdə çox sayda matçla bağlı fikirlərini bölüşüb.
“Cədvəl tamamilə çılğındır. EFL Kuboku matçından əvvəl yalnız bir gün istirahətimizin olduğunu bildik. Bir neçə ay ərzində üç gündən bir oynaya bilərik. Bu, tamamilə absurddur.
Çempionlar Liqasında 1/8 finala yüksəlməsəniz, hələ də iki oyun keçirməlisiniz. Düzdür, indi heyət daha böyükdür, amma asan deməzdim. Çətin oldu. Ailəm və dostlarımla çox az vaxt keçirirəm. Oynamalı olduğumuz oyunların sayı sadəcə gülüncdür”, – Silva jurnalist Fabrizio Romanonun X-də (keçmiş Twitter) yazdığı kimi, Record-a istinadən bildirib.